07/03/2020
10:00
1062
| A A A
Premyer Liqada 20-ci tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçı Qəbələdə keçiriləcək. Burada yerli “Qəbələ” “Sumqayıt”la üz-üzə gələcək. Sumqayıtlılar Avropa Liqasına vəsiqə uğrunda mübarizə apardığından, səfərdən xal və ya xallarla dönməyə çalışacaq. “Qəbələ” isə sonuncu pillədə qərarlaşdığına görə mütləq qələbə qazanmağı hədəfləyib.

Günün digər oyunu “Neftçi” ilə “Sabah” arasında baş tutacaq. “Ağ-qaralar” ikinci pillədəki mövqelərini qorumağa, “Sabah” səfərdən xal və ya xallarla dönməyə çalışacaq.

Tura sabah keçiriləcək “Səbail” – “Zirə” və “Keşlə” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XX tur

7 mart

“Qəbələ” – “Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nicat İsmayıllı

Qəbələ şəhər stadionu, 16:00.

“Neftçi” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Kamal Umudlu

Bakı. “Bakcell Arena”, 18:00.