08/03/2020
10:00
1263
| A A A
Premyer Liqada 20-ci tura yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutacaq.

Öncə “Səbail” “Zirə” üz-üzə gələcək. Bu komandaların turnir cədvəlində həm qonşu, həm də eyni xala malik olması oyunu prinsipial edən əsas məqamlardandı. Altı xallıq qarşılaşmada kimin sevinəcəyi maraqla gözlənilir.

Turun qapanış matçında isə lider “Qarabağ” səfərdə “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirəcək.

İlk oyun günündə “Neftçi” “Sabah”ı 4:0, “Qəbələ” “Sumqayıt”ı 5:0 hesabıyla məğlub edib.

Azərbaycan Premyer Liqası

XX tur

8 mart

“Səbail” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rauf Allahverdiyev.

Bakı. “ASCO Arena”, 16:00.

“Keşlə” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.

Bakı. “ASK Arena”, 18:00.