08/03/2020
13:10
1011
| A A A
Premyer Liqada 21-ci turun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli məlum olub.

Goal.az xəbər verir ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

XXI tur

14 mart

Sabah - Keşlə

Masazır. “Bank Respublika Arena”, 16:00.

Qarabağ - Qəbələ

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.

15 mart

Sumqayıt - Səbail

“Sumqayıt Arena”, 16:00.

Neftçi - Zirə

Bakı. 8-ci km stadionu, 18:00.

Qeyd: AÇ-2020 ilə əlaqədar olaraq 12.04.2020-ci il tarixindən etibarən “Bakcell Arena”da renovasiya işləri aparılacaq. Odu ki, Peşəkar Futbol Liqası təqvimdə 3-cü dövrənin “Zirə” – “Neftçi” oyunu ilə 4-cü dövrənin “Neftçi” – “Zirə” görüşünün yerini dəyişdirib.