27/09/2020
10:00
2494
| A A A
Premyer Liqada 4-cü tura yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, turun son qarşılaşması Neftçi ilə Qəbələ arasında baş tutacaq.

Paytaxt klubu rəqibini “Dalğa Arena”da qəbul edəcək. “Ağ-qaralar” bu oyunda qələbə qazanmaqla turnir cədvəlində vahid liderə çevrilə bilər. Əyalət təmsilçisi isə 3 xal qazanacağı təqdirdə sonuncu pillədən qurtulacaq.

Xatırladaq ki, bu tur Sumqayıt - Qarabağ (2:2), Səbail - Sabah (2:1) və Keşləb- Zirə (2:3) oyunları da baş tutub.

Azərbaycan Premyer Liqası

4-cü tur

Neftçi – Qəbələ

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev.

Bakı. “Dalğa Arena”, 19:00.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9848 səs