17/10/2020
16:16
478
| A A A
Keşlə heç-heçəyə razılaşdı

Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Goal.az xəbər verir ki, açılış oyunu "ASCO Arena"da "Səbail" və "Keşlə" komandaları arasında keçirilib.

Komandalar görüşə "Şəhidlər ölməz, Vətən bölünməz" pankartı ilə çıxıblar. Tribunalarda isə Azərbaycan bayrağı və işğaldakı rayonların adları yazılmış lövhələr qoyulub. Matç Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Baş hakim Səbuhi Bayramovun idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Matçın ilk yarısında qapılara qol vurulmayıb. Hesabı 49-cu dəqiqədə qonaq komandadan Rəhman Hacıyev uzaqdan zərbə ilə açıb. Bundan cəmi 2 dəqiqə sonra Bahadur Həziyev cinah ötürməsini baş zərbəsi ilə tamamlayaraq bərabərliyi təmin edib.

83-cü dəqiqədə "Səbail"in müdafiəçisi Adil Nağıyev ikinci sarı vərəqə ilə meydandan qovulub. Lakin "Keşlə" say üstünlüyündən yararlana bilməyib.

Bu nəticədən sonra xalını 9-a çatdıran "Keşlə" 2-ci pillədə qalıb. 4 xala malik "Səbail" isə 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, bu gün "Qarabağ" - "Qəbələ", oktyabrın 18-də isə "Neftçi" - "Sabah" və "Sumqayıt" - "Zirə" görüşləri keçiriləcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9737 səs