21/11/2020
10:35
1890
| A A A
Sabah - Səbail oyunu təxirə salındı - SƏBƏB

Azərbaycan Premyer Liqasında X turunun Sabah – Səbail oyunu bu gün baş tutmayacaq.

Goal.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi bəzi futbolçuların yenidən COVID-19 testindən keçəcəyi göstərilib.

Oyunun yeni tarixi ilə bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, ötən tur Sabah - Zirə (0:1) oyunu da eyni səbəbdən vaxtında gerçəkləşməyib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21434 səs