21/11/2020
11:05
2139
| A A A
Qarabağ Sumqayıt-ı qəbul edir

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək. Son çempion Qarabağ öz meydanında lider Sumqayıt-la qarşılaşacaq. Eyni - 15 xala malik komandalar arasında görüş saat 16:00-da başlayacaq.

Bu günə nəzərdə tutulan Sabah – Səbail oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

21 noyabr

16:00. Qarabağ - Sumqayıt

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Bakı. "Azersun Arena"

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21437 səs