13/01/2021
21:38
309
| A A A
Sadio Tounkara rəsmən Keşlə-də

"Keşlə" heyətinə yeni futbolçu qatıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi malili yarımmüdafiəçi Sadio Tounkaranı transfer edib. 28 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb. O, bu mövsümün sonunadək "Keşlə"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL, "Zirə" klublarında çıxış etmiş Sadio Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"da oynayıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24227 səs