21/01/2021
21:29
2604
| A A A
Neftçi, Qarabağ və Zirə-dən qələbə

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.

Goal.az xəbər verir ki, mövsümün ikinci hissəsinə 14-cü turun oyunları ilə start verilib.

İlk matç günündə üç qarşılaşma keçirilib. Lider “Neftçi” “Səbail”in qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. "Zirə” isə evdə “Qəbələ” ilə üz-üzə gəlib və rəqibini 2:0 hesabı ilə məğlub edib.

Günün son oyununda “Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

18:00. “Sabah” – “Qarabağ” - 1:2

Qollar: Rahil Məmmədov, 8 (0:1), Kevin Kumemba, 60 (1:1), Mahir Emreli, 73 (1:2)

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov

“Bank Respublika Arena”

16:00. “Zirə”– “Qəbələ” - 2:0

Qollar: Musa Qurbanlı, 45, Davit Volkov, 90+3

Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov

Zirə İdman Kompleksinin stadionu

16:00. “Səbail” – “Neftçi” - 1:3

Qollar: Əfran İsmayılov, 28-pen (1:0), Sabir Buqrin, 45 (1:1), Emin Mahmudov, 51 (1:2), Sabir Buqrin, 90 (1:3)

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov

“ASCO Arena”

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs