14/02/2021
20:22
344
| A A A
Zirə Sabah-la sülhə razılaşdı

Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Goal.az xəbər verir ki, turun sonuncu matçında "Zirə" "Sabah"ı qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Sabah"ın heyətində Kevin Kubemba 9-cu dəqiqədə hesabı açıb. 79-cu dəqiqədə Davit Volkov bərabərlik qolunu vurub. Kubemba 82-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 90+3-cü dəqiqədə isə Klesio Bauk növbəti dəfə tarazlığı bərpa edib.

Bu nəticədən sonra "Sabah" 14-cı xalını qazanaraq 6-cı pilləyə yüksəlib. "Zirə" isə 24 xalla 3-cü sırada qərarlaşıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs