16/02/2021
15:55
1717
| A A A
Azərbaycanda klublar su simicliyinə görə cəzalandı

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən "Qaradağ Lökbatan" klubunu cəzalandırıb.

Goal.az xəbər verir ki, səbəb komandanın XII turda "Sumqayıt-2" ilə matçda hakimləri isti su ilə təmin etməməsidir.

Kluba 80 manat cərimə kəsilib. Lökbatan təmsilçisi AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (nəzarət buraxılışa diqqət etmək) yerinə yetirmədiyi üçün də 80 manat ödəməli olacaq. Klub xərəkdaşıyan şəxslərin say limiti və topdaşıyanların yaş həddi pozulduğu üçün də eyni məbləğdə ziyana düşüb.

"Zaqatala" isə XII turda "Kepəz"lə dueldə meydanı vaxtında sulamadığı üçün 80 manat cərimələnib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19866 səs