20/02/2021
10:35
644
| A A A
Premyer Liqada 16-cı tura yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçiriləcək.

Əvvəlcə “Keşlə” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək.

Turun son matçında isə lider “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Bakı təmsilçisi qalib gələcəyi təqdirdə, "Qarabağ"la xal fərqini 3-ə yüksəldəcək.

16:00. “Keşlə” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Tural Qurbanov.

Bakı. “ASK Arena”

18:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Səbuhi Bayramov.

Bakı. “Bakcell Arena”

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs