22/02/2021
12:25
515
| A A A
Qarabağ klub tarixinin rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan Premyer Liqasının XVI turunda növbəti səfər heç-heçəsinə imza atıb.

Goal.az xəbər verir ki Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun baş məşqçi olduğu komanda rəqib meydanındakı 6-cı sülhü olub.

Bu, klub tarixinin rekordunun təkrarıdır.

Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib. 1993, 1993/94, 1999/2000, 2009/10, 2011/12 və 2012/13 mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönən “Qarabağ” 7-ci dəfə eyni göstəriciyə imza atıb.

Qeyd edək ki, ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
20019 səs