22/02/2021
14:57
473
| A A A
Emin Mahmudov Neftçi-nin tarixinə düşdü

“Neftçi” Azərbaycan çempionatları tarixində 800-cü ev qolunu vurub.

Goal.az xəbər verir ki, bu, Premyer Liqanın 16-cı turuna təsadüf edib.

“Qəbələ” ilə matçdakı yeganə topun müəllifi Emin Mahmudov yubiley qoluna imza atıb. Bu qarşılaşmayadak keçirdiyi 400 görüşdə “ağ-qaralar” 799 dəfə fərqlənmişdi.

800-cü qoluna 401-ci matçda imza atan bakılıların orta məhsuldarlığı 1,995-ə bərabərdir. “Neftçi” 1992-ci ildən təşkil olunan yarışın tarixində öz meydanında ən çox qol vuran komandadır.

Qeyd edək ki, paytaxt təmsilçisinin ilk ev qolunun müəllifi Yunis Hüseynov olub. O, 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev qarşılaşmasında (1:0) həlledici qola imza atıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs