Premyer Liqada XVII turun bütün oyunları sükut dəqiqəsi ilə başlayacaq
Azərbaycan Premyer Liqasında XVII turun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
Goal.az xəbər verir ki, bu qərarı Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Peşəkar Futbol Liqası qəbul edib.
Qarşılaşmalar fevralın 25-də oynanılacaq. Həmin gün Zirə Neftçi-ni, Qəbələ Sumqayıt-ı, Sabah Keşlə-ni, Qarabağ isə Səbail-i qəbul edəcək.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR