23/02/2021
15:25
398
| A A A
Qarabağ və Zirə futbolçularına görə cərimələndi

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 3 min manat məbləğində cərimələyib.

Goal.az xəbər verir ki, buna Ağdam təmsilçisinin serbiyalı futbolçusu Uroş Matiçin Premyer Liqanın XVI turunda "Sumqayıt"la qolsuz yekunlaşan matçda futbol formasında standartların pozulması səbəb olub.

Komitə "Zirə"nin müdafiəçisi Dmitrios Çantakiasa isə iki oyunluq cəza verib. O, "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Paytaxt təmsilçisi bu səbəbdən 1600 manat ziyana düşüb.

Qeyd edək ki, Uroş Matiçin formasında Azərbaycan əlifbasından kənar hərfdən istifadə edilmişdi.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs