23/02/2021
15:55
445
| A A A
Qəbələ-nin baş məşqçisi cəzalandı

AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevi 1 oyunluq cəzalandırıb.

Goal.az xəbər verir ki, səbəb 41 yaşlı mütəxəssisin "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XVI tur matçında ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasıdır. Qərara əsasən, Baxşıyev "Sumqayıt"la növbəti tur matçında texniki zonada yer ala bilməyəcək, klubu isə 800 manat cərimə ödəyəcək.

"Qəbələ" daha 800 manat cəriməni isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19921 səs