Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulacaq.
Goal.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutacaq.
Öncə lider “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Sonuncu pillədə qərarlaşan “Sabah” isə bu dəfə “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Turun qapanış matçında son çempion “Qarabağ” “Keşlə”nin qonağı olacaq.
Azərbaycan Premyer Liqası
21-ci tur
4 aprel
Neftçi – Sumqayıt
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov.
Bakı. 8-ci km stadionu, 16:30.
Sabah – Qəbələ
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Masazır. “Bank Respublika Arena”, 17:30.
Keşlə – Qarabağ
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.
Bakı. “ASK Arena”, 18:30.