12/09/2021
23:03
3187
| A A A
Qarabağ Neftçi-ni üstələyərək liderliyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

Goal.az xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Səbail"in qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Tura mərkəzi qarşılaşma ilə yekun vurulub. "Neftçi" əzəli rəqibi "Qarabağ"ı qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

Azərbaycan Premyer Liqası, 3-cü tur

20:30. “Neftçi” – “Qarabağ” - 1:2

Qol: Vadji İbrahima, 21 (0:1), 45 (0:2), Emin Mahmudov, 46 (1:2)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu

“Bakcell Arena”.

18:00. “Səbail” – “Sumqayıt” - 1:0

Qol: Cabir Əmirli, 64

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev

“ASCO Arena”.