17/09/2021
14:50
1098
| A A A
AFFA 2 kluba xəbərdarlıq etdi

AFFA İntizam Komitəsi "Neftçi" və "Qarabağ" klublarına xəbərdarlıq edib.

Goal.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının III turunda iki komanda arasında keçirilmiş qarşılaşma ilə əlaqədardır. Klublar ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi vacibliyinə dair xəbərdarlıq alıb.

Bundan əlavə, 4 oyunçusu sarı vərəqə aldığı üçün paytaxt təmsilçisi 800 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Bakcell Arena"dakı qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə bitib.