17/09/2021
16:29
1014
| A A A
Premyer Liqada iki oyunun hakimləri bilindi

Azərbaycan Premyer Liqasında IV turun sabah keçiriləcək oyunları üçün təyinatlar açıqlanıb.

Goal.az xəbər verir ki, “Qəbələ” – “Səbail” görüşü Rauf Allahverdiyevə tapşırılıb.

“Zirə” – “Sabah” matçını isə İnqilab Məmmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası, IV tur

18 sentyabr (şənbə)

17:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Qəbələ şəhər stadionu

19:15. “Zirə” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu.