18/09/2021
22:30
1895
| A A A
Qəbələ-dən darmadağın, Zirə heç-heçəyə razılaşdı

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

Goal.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Qəbələ" doğma meydanda "Səbail"lə qarşılaşıb və rəqibini 5 cavabsız qolla məğlub edib. Bununla da ardıcıl 3-cü qələbəsini qazanan Elmar Baxşıyevin komandası xallarını 10-a çatdıraraq liderliyə yüksəlib.

Günün son matçında isə "Sabah" "Zirə"nin qonağı olub. Görüş 1:1 hesabı ilə başa çatıb.

19:15. “Zirə” – “Sabah” - 1:1

Qol: Hamdaui, 49 (1:0), Periçiç, 83 (1:1)

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov

Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Səbail” - 5:0

Qollar: Rövlan Muradov, 65, Ülvi İsgəndərov, 84, Ehtiram Şahverdiyev, 89, Rafael Utziq, 90+1, İsnik Alimi, 90+4

Qırmızı vərəqə: Ədilxan Qarəhmədov, 85 ("Səbail")

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov

Qəbələ şəhər stadionu