20/09/2021
15:54
876
| A A A
Azərbaycan Premyer Liqası: İki futbolçu yubiley oyununa çıxıb

Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” – “Keşlə” oyunu (3:0) iki futbolçu üçün yubileylə əlamətdar olub.

Goal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, meydan sahiblərində Voyislav Stankoviç, qonaqlarda İlkin Qırtımov yubiley matçına çıxıb.

Görüş Qırtımovun Premyer Liqada 250-ci qarşılaşması olub. 31 yaşlı müdafiəçi bu oyunlarda 6 qol vurub. Debütü 2009/10 mövsümünə təsadüf edən oyunçu “Simurq”, “Neftçi”, “Zirə” və “Keşlə”də meydana çıxıb.

“Neftçi”nin 34 yaşlı serbiyalı legioneri 150 matçda 6 qol vurub. 2014/15 mövsümündə debüt edən Stankoviç “Keşlə”, “Qəbələ” və “Neftçi”nin formasını geyinib.