24/11/2021
22:44
1260
| A A A
Neftçi baş məşqçisi ilə bağlı qərar verib

“Neftçi”nin Müşahidə Şurasının iclası keçirilib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onlayn şəkildə təşkil olunmuş yığıncaqda komandanın son nəticələri və baş məşqçi Samir Abasovla hazırkı durum müzakirə edilib.

Sonra Müşahidə Şurasının üzvləri komandanın vəziyyətinin düzəldilməsi ilə bağlı fikirlərini bildiriblər.

Sonda baş məşqçiyə dəstək verən üzvlər Abasovun qısa zaman ərzində komandanı toparlayacağına inandıqlarını qeyd ediblər və ona növbəti oyunlarda uğurlar arzulayıblar.