23/01/2022
12:24
892
| A A A
Neftçi legioneri ilə yollarını ayırdı

Neftçi daha bir futbolçusu ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bakılılar Xorxe Korrea ilə vidalaşdığını rəsmən bəyan edib.

Argentinalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Korrea özü ailəvi problemlərə görə komandadan ayrılmaq üçün rəhbərliyə müraciət etmişdi.

Qeyd edək ki, 2021-ci ilin ilin sentyabrında Neftçi-yə transfer olunan Xorxe Korrea 2 rəsmi oyunda forma geyinib.