Premyer Liqada 26-cı tura start verilir
Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək.
Goal.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə Səbail Sabah-ı qəbul edəcək.
Ötən tur çempionluğu rəsmiləşdirən Qarabağ isə doğma meydanda Zirə ilə üz-üzə gələcək.
18:00. Səbail – Sabah
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“ASCO Arena”
20:15. Qarabağ – Zirə
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov
“Azersun Arena”