09/05/2022
10:00
469
| A A A
Premyer Liqa: Neftçi Qəbələ-nin, Şamaxı Sumqayıt-ın qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

Goal.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə Şamaxı arasında olacaq. Hazırda əyalət təmsilçisi 21 xalla 6-cı, "gənclik şəhəri" klubu isə 15 xalla 7-ci pillədə yer alıb.

Komandalar indiyədək Premyer Liqada 38 dəfə qarşılaşıblar. Bunların 10-da meydan sahibləri, 17-də qonaqlar qələbə qazanıblar. Topların nisbəti də Şamaxı-nın xeyrinədir - 55:39.

Son 8 oyunda meydan sahibi olan komanda qalib gəlməyib. Sumqayıt 6 matçdır meydanı qolsuz tərk etmir.

Turun son oyununda Qəbələ evdə Neftçi-ni qəbul edəcək. 50 xalla 2-ci sırada qərarlaşan "ağ-qaralar" gümüş medalları təmin etdiyindən görüş bu komanda üçün formal xarakter daşıyacaq. 38 xalla 5-ci olan "qırmızı-qaralar" isə avrokuboklara lisenziya şansını saxladığından ən azı uduzmamağa çalışacaq.

İki kollektiv daha əvvəl ölkə çempionatında 54 dəfə üz-üzə gəlib. Əyalət klubu 65, paytaxt təmsilçisi 82 qələbəyə sevinib. Topların fərqində də qonaqlar üstündür - 82:65. Qəbələdəki son iki oyun heç-heçə ilə bitib. Neftçi 12 oyundur uduzmur və 19 matçdır meydandan qolsuz ayrılmır.

Azərbaycan Premyer Liqası, XXVI tur

9 may (bazar ertəsi)

17:30 Sumqayıt – Şamaxı

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“Kapital Bank Arena”.

19:45 Qəbələ – Neftçi

Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, ilk oyun günündə Sabah səfərdə Səbail-ə 2:0 hesabı ilə qalib gəlib, Qarabağ isə Zirə ilə qolsuz heç-heçə edib. (report)