09/05/2022
16:52
610
| A A A
Sabah-ın legionerləri üçün ilk

Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

Goal.az xəbər verir ki, Sabah bu turda səfərdə Səbail-i 2:0 hesabıyla məğlub edib.

“ASCO Arena”da keçirilən matç bu komandanın futbolçuları Boyan Letiç və Lukas Rangel üçün əlamətdar olub. Belə ki, hər iki oyunçu Sabah-da ilk qollarını vurublar.

Boyan buna komandada 9-cu, Lukas isə 6-cı oyununda nail olub.

Letiç Səbail-lə oyunun 15-ci dəqiqəsində komandasını hesabda önə keçirib, Rangel isə görüşün 37-ci dəqiqəsində fərqlənərək matçda son nöqtəni qoyub.