Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.
Goal.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. Sumqayıt Şamaxı-nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Bununla da Sumqayıt baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında 2022-ci ildə ilk qələbəsini qazanıb.
2-ci pilləni rəsmiləşdirən Neftçi isə Qəbələ-nin qonağı olub və 0:1 hesabı ilə uduzub. Qəbələ bu qələbə ilə turnir cədvəlində yenidən 4-cü pilləyə yüksəlib
Qeyd edək ki, Qarabağ 25-ci turdan çempionluğu rəsmiləşdirib.
Qəbələ – Neftçi - 1:0
Qol: İsnik Alimi, 76-pen
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu
Sumqayıt – Şamaxı - 2:0
Qollar: Əli Qurbani, 31, 78
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
“Kapital Bank Arena”