10/05/2022
13:04
811
| A A A
Qarabağ klubu dünya reytinqində "100-lüy"ə daxil olub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Goal.az xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən Qarabağ və Neftçi yer alıb.

Aktivində 136 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 7 pillə irəliləyərək 99-cu yerə yüksəlib. Ağdam təmsilçisi Cənubi Afrikanın Mamelodi Sandaunz, Almaniyanın Bayer Leverkusen klubları ilə eyni xala malikdir.

"Ağ-qaralar" isə 87 xalla 237-ci mövqedən 221-ci sırayadək irəliləyib. Neftçi Kolon Santa Fe, Nyuells Old Boys (hər ikisi Argentina) və Dandolk (İrlandiya) komandaları ilə eyni xalı toplayıb.

İlk "3-lük"də 305 xalla Chelsea (İngiltərə), 304 xalla Atletico Mineiro və 296 xalla Palmeiras (hər ikisi Braziliya) qərarlaşıb. (report)