Azərbaycan Premyer Liqasında ilk
Premyer Liqanın 26-cı turunun “Qarabağ” – “Zirə” oyunu mövsümün ilki ilə əlamətdar olub.
Goal.az PFL-in saytına istinadən xəbər verir ki, “Azersun Arena”dakı görüşdə vərəqə qeydə alınmayıb. Baş hakim Kamal Umudlu 90 dəqiqə ərzində futbolçulardan heç birinə vərəqə göstərməyib. Bu, mövsümdə ilk belə hadisədir.
Qeyd edək ki, “Qarabağ” – “Zirə” matçı 0:0 hesabı ilə başa çatıb.