10/05/2022
22:54
784
| A A A
Gənclər Liqasının qalibi bəlli oldu

“Qəbələ”nin U-19 komandası Gənclər Liqasının qalibi olub.

Goal.az xəbər verir ki, “qırmızı-qaralar” çempionluğu 25-ci turdan təxirə salınan matçda qazanıb.

“Qarabağ”la səfər oyununda 6:0 hesabı ilə qalib gələn “Qəbələ” 23 görüşdən sonra xal hesabını 59-a çatdırıb. “Qırmızı-qaralar”ın heyətində Mehrac Baxşalı üç, Sənan Ağalarov, Şahin Şahniyarov və Cici Akande hərəyə bir qol vurub. Bununla da Zaur Hacıyevin baş məşqçisi olduğu komanda sonuncu turun nəticələrindən asılı olmayaraq, qızıl medalları təmin edib.

Bu, “Qəbələ”nin Gənclər Liqasında 7-ci çempionluğudur. “Qırmızı-qaralar” 2012/13, 2015/16, 2017/18, 2018/19, 2019/20 və kubok formatında keçirilən 2020/21 mövsümlərinin qalibi olub.