11/05/2022
17:52
1102
| A A A
Qarabağ Qurban Qurbanov-la bağlı qərar verdi — RƏSMİ

Qarabağ baş məşqçisi Qurban Qurbanovun müqavilə müddətini uzadıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.

Qurban Qurbanov 2008-ci ildən Qarabağ-ın baş məşqçisidir. O, bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. “Köhlən atlar” ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.