12/05/2022
21:21
707
| A A A
Qarabağ Sumqayıt-ı darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı turdan təxirə salınmış oyun keçirilib.

Goal.az xəbər verir ki, təxirə salınan oyunda “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Bu matçın nəticəsi turnir cədvəlində heç bir ciddi dəyişikliyə səbəb olmayacaqdı. “Köhlən atlar” çempionluğu bir neçə tur əvvəldən təmin edib. “Sumqayıt” isə bu görüşdə yaxşı nəticə qazanmaqla sadəcə azarkeşlərinin könlünü almış ola bilərdi. Lakin 90 dəqiqənin sonunda Ağdam klubu darmadağına sevinən tərəf olub.

Azərbaycan Premyer Liqası, 16-cı turun oyunu

Qarabağ – Sumqayıt 5:0

Qol: F.Ozobiç, 4. P.Andrade, 11. K.Borges, 30; 52. İ.Vadji, 31.

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Elçin Məsiyev

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elman Musayev

“Azersun Arena”, 19:00