27/05/2022
22:11
1689
| A A A
Azərbaycan kubokunun qalibi müəyyənləşdi

Bu gün Azərbaycan kubokunun 2021/22 mövsümünün final oyunu keçirilib.

Goal.az xəbər verir ki, həlledici matçda Premyer Liqanın son çempionu Qarabağ bürünc medalçı Zirə ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn Qarabağ kubokun sahibi olub. Qarabağ tarixində 7 dəfə Azərbaycan kubokunun qalibi olub.

Qarabağ – Zirə - 1:1 (Penaltilər seriyası - 4:3)

Hamidu Keyta, 17 (0:1), Abdullah Zubir, 69 (1:1)