Araz Naxçıvan Bağırov və Şükürovla rəsmi müqavilə imzalayacaq
Yeni mövsümdən Azərbaycan birinci divizionunda mübarizə aparacaq Araz Naxçıvan-da bu gün rəsmi müqavilələr olacaq.
Goal.az xəbər verir ki, Naxçıvan təmsilçisi baş məşqçi postunu Azər Bağırova tapşıracaq. Ötən mövsüm Region Liqasında komandanın baş məşqçisi olan Bağırovla 2+1 illik müqavilə imzalanılacaq.
Bununla yanaşı Araz Naxçıvan akademiyanın koordinatoru vəzifəsinə Adil Şükürovu gətirib. Danışıqlara əsasən ilkin olaraq onunla bir illik müqavilə imzalanılacaq. (sportal)