18/06/2022
10:36
485
| A A A
Zirə Azərbaycan millisinin yarımmüdafiəçisini transfer edib

Zirə heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, "qartallar" Azərbaycan millisinin yarımmüdafiəçisi Rəhim Sadıxovla anlaşıb. 26 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu Sumqayıt olan Rəhim Sadıxov daha əvvəl Rusiyanın Solyaris (Moskva) və Torpedo (Moskva) komandalarında çıxış edib.