18/06/2022
13:52
301
| A A A
Səbail-in yay hazırlıq planı müəyyənləşdi

Səbail" klubunun yay hazırlıq planı bəlli olub.

Goal.az "dənizçilər"in rəsmi saytına istinadən xəbər verir ki, təlim məşq toplanışının ilk mərhələsi iyunun 20-dən iyulun 19-dək Bakıda olacaq.

Bayıl təmsilçisi iyulun 20-də isə Gürcüstana yollanacaq. Tbilisi toplanışı 10 gün davam edəcək.

Hazırlığın hər iki mərhələsində 3 yoxlama matçı nəzərdə tutulub.