18/06/2022
14:55
282
| A A A
Zirə-nin hazırlıq planı məlum oldu

İyunun 13-dən təlim-məşq toplanışına start verən “Zirə”nin hazırlıq planı məlum olub.

Goal.az xəbər verir ki, paytaxt təmsilçisi iyunun 23-dək məşqlərini Bakıda keçəcək. Bir gün sonra Türkiyəyə yola düşəcək “qartallar” Bolu şəhərindəki “Vonresort” otelində məskunlaşacaq. “Qartallar” bu müddətdə iki yoxlama oyunu keçirəcək.

“Zirə” iyulun 7-də Bakıya dönəcək. İsrailin “Makkabi” (Təl-Əviv) komandasına qarşı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına son hazırlıq mərhələsi ölkədə olacaq.

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda keçiriləcək.