Kəpəz baş məşqçiylə bağlı qərarı açıqladı
Kəpəz baş məşqçisi Yaşar Vahabzadə ilə bağlı qərarını açıqlayıb.
Goal.az xəbər verir ki, 62 yaşlı mütəxəssislə ötən mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənib. Gəncə təmsilçisi ilə 1 illik sözləşmə imzalayan baş məşqçi Premyer Liqada da komandanın “sükanı arxasında” olacaq.
Yaşar Vahabzadə 1-ci divizionda son 3 mövsümdə komandaya rəhbərlik edib.