20/06/2022
10:59
600
| A A A
Kəpəz keçmiş futbolçusunu geri qaytardı – RƏSMİ

Kəpəz heyətinə yeni futbolçu qatıb.

Goal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Tural Axundovu transfer edib.

34 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Tural Axundov 2015 – 2017-ci illərdə də “sarı-göylər”də çıxış edib və 2 mövsüm komandanın kapitanı olub.