20/06/2022
15:15
272
| A A A
Sumqayıt-ın hazırlıq planı bilindi

“Sumqayıt” iyunun 27-dən etibarən 2022/2023 mövsümü üçün hazırlıqlara start verəcək.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi iyulun 15-dək Sumqayıtda keçiriləcək. Aleksey Baqanın baş məşqçisi olduğu komanda bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq.

“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə iyulun 16-dan 30-dək Türkiyənin Bolu şəhərində keçirəcək. “Kimyaçılar” 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların keçiriləcəyi tarix hələlik açıqlanmayıb.