Qarabağ yeni transferini rəsmən açıqladı
Qarabağ İsrailin Hapoel Təl-Əviv klubundan Marko Yankoviçi transfer etdiyini rəsmən açıqlayıb.
Goal.az klubun saytına istinadən xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Marko Yankoviç komandada 8 nömrəli formanı geyinəcək.