20/06/2022
21:13
784
| A A A
Səbail daha bir legioneri transfer etdi

Səbail heyətinə daha bir legioner futbolçu cəlb edib.

Goal.az xəbər verir ki, paytaxt klubu Fil Dişi Sahilindən olan hücumçu Qoba Zakpanı transfer edib.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Zakpa karyerası ərzində Rio Ave, Gondomar, Epinal, Valenciano, Santa Maria, Gil Visente, Felgueiras, Lusitania və Etnikos kimi klublarda forma geyinib.