22/06/2022
17:00
2926
| A A A
Şamaxı klubunun yeni baş məşqçisi bəlli olub

Şamaxı futbol komandasının yeni baş məşqçisi bəlli olub.

Goal.az xəbər verir ki, bölgə klubu hazırda Region Liqası təmsilçisi Cəbrayıl-a rəhbərlik edən Cavid Hüseynova tapşırılıb.

34 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Hüseynov bu vəzifədə Rüstəm Əliyevi əvəzləyəcək. Onun təyinatı UEFA Region Kubokunda 2022/2023 mövsümünün ilkin mərhələ oyunlarından sonra gerçəkləşəcək.

Qeyd edək ki, Cəbrayıl ötən mövsüm Cavid Hüseynovun başçılığı altında Region Liqasının qalibi olub. Komanda UEFA Region Kubokunun ilkin mərəhələsinin 2-ci qrupunda Belarus təmsilçisi Kolos komandası ilə Şamaxıda qarşılaşacaq. (report)