23/06/2022
19:01
1736
| A A A
Neftçi ilk transferini reallaşdırdı

"Neftçi" yay fasiləsində ilk transferini gerçəkləşdiirb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İsrailli futbolçu Ataa Caber ilə 2 il müddətinə müqavilə bağlanıb.

28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, İsrailin “Makkabi” (Hayfa, 2012 - 2017), “Bney Saxnin” (2015, 2017 - 2021) və “Aşdod” (2021-2022) klublarında çıxış etmiş Caber 2015-2016-cı illərdə ölkəsinin U-21 milli komandasının üzvü olub. O, 2016-cı ildə “Makkabi”nin heyətində İsrail Kubokunu qazanıb.