27/06/2022
17:45
878
| A A A
Rail Məlikov Sumqayıt-da – rəsmi

“Sumqayıt” futbol klubunun əsas komandasının məşqçilər heyətində yeni təyinat olub.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisinin sabiq müdafiəçisi Rail Məlikov baş məşqçi Aleksey Baqanın köməkçisi vəzifəsini icra edəcək.

Komandada keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxan Rail Məlikov futbolçu karyerasında “Sumqayıt” ilə yanaşı “Bakı”, “Neftçi”, “Dənizlispor”, “Qəbələ”, AZAL və “Şamaxı” klublarının uğurları üçün çalışıb. Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə birinci Divizionun gümüş medallarına yiyələnib.