29/07/2022
19:34
1154
| A A A
Neftçi-də daha bir rumıniyalı məşqçi – RƏSMİ

“Neftçi”nin məşqçilər korpusunda daha bir təyinat olub.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” Nikolay Qriqori ilə 2 illik müqavilə imzalayıb.

33 yaşlı rumıniyalı mütəxəssis baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən biri olacaq.

Bundan əvvəl Viorel Dinu köməkçi məşqçi, Boqdan-Kornel Merişanu fiziki hazırlıq üzrə məşqçi, Florin Tene isə qapıçılar üzrə məşqçi vəzifəsinə təyin edilib.