03/08/2022
18:46
1211
| A A A
Premyer Liqada VAR sistemi tətbiq olunacaq – RƏSMİ

Avqustun 5-də start götürəcək Misli Premyer Liqasının 2022/2023-cü illər mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq.

Goal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FİFA tərəfindən AFFA-ya göndərilib.

FİFA iyulun 13-14-də VAR sisteminin texnoloji hazırlığını, 22-24 iyul tarixlərində isə hakimlərin son qiymətləndirməsini həyata keçirib və hər iki meyarın dəyərləndirilməsi müvəffəqiyyətlə yekunlaşıb.