04/08/2022
19:41
881
| A A A
Zirə yeni legioner transfer edib

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, "qartallar" Benin milli komandasının üzvü Moiz Adileu ilə anlaşıb. 26 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli oyunçu daha əvvəl Fransanın "Valensiyen", "Pau", "Vitre", Slovakyanın "Slovan"(Bratislava), Yunanıstanın "Kerkira", "Levadiakos", Türkiyənin "Boluspor" və Niderlandın "NAK Breda" klubunda da çıxış edib.